Həkimlər zəng yükünü necə azalda bilər?
- Doktor Randevu
- 23 Eki 2024
- 1 dakikada okunur
Həkimlərin bir çoxunun işdə sərbəst vaxtı məhdud olduğu üçün (pasiyent qəbulu, müayinəsi, müalicəsi, əməliyyatı və s.) pasiyentlər tərəfindən gələn zənglər onların bəzi hallarda vaxtını çox aparır. Adi zənglər və son zamanlarda artan Whatsapp zəngləri artıq həkimlərin bir qismini gün ərzində rahatsız etməyə başlayıb.

Hətta bəzi həkimlər üçün bu zənglər artıq problemə çevrilib. Digər problem isə tv kanallarda proqramda çıxış edən zaman və ya reklam çarxında göstərilən zaman qeyd edilən nömrəyə gələn zənglərin sayı qısa müddət ərzində artır. Eyni anda 2-dən çox pasiyent zəng etdiyi halda həkim və ya assistenti digər pasiyentlərin zənglərini qəbul edə bilmir va ya görə bilmir. Bunlarin həlli isə çox asandır. Bu halla qarşılaşan və ya zəng yükündən azad olmaq istəyən həkimlər Doktor Randevu-nun anında zənglərin cavablandırılması (eyni anda 5 pasiyent zəngi cavablandırılır) xidmətindən yararlanaraq bunu qısa müddətdə həll edə bilər. Belə ki, pasiyentlər zəng edən zaman sizin verdiyiniz məlumatlar əsasında onların zəngləri peşəkar çağrı mərkəzi əməkdaşlarımız tərəfindən günün istənilən saatı cavablandırılır. Pasiyentlərin zəngləri daima qarşılanır, onların ilkin müraciəti cavablandırılır, qrafik və ya canlı növbə əsasında vaxt yazılır.

Yazılan vaxt anında sizə pulsuz verilən mobil tətbiq (İos və Android) vasitəsilə gəlir və tətbiqdə əksini tapır. Əgər pasiyentin müalicə ilə bağlı suallar olarsa zənglər sorğunuz əsasında sizə yönləndiriləcək.
Kommentare