Həkimlər randevularını necə idarə etməlidir?
- Doktor Randevu
- 1 May 2024
- 2 dakikada okunur
Güncelleme tarihi: 6 May 2024

Müasir randevu sistemləri gününüzü daha rahat planlamağa, məhsuldarlığınızı artırmağa və pasientlərin online randevu alma ehtiyaclarına 7/24 prinsipi ilə qarşılıq verməlidir. Müasir randevu sistemləri online təqvim, sms xatırlatma, online randevu alma və pasientlər üçün lazım olan həkimin iş qrafiki məlumatlarını özündə cəmləməlidir.
Online randevu təqviminin detalları nələrdir, necə işləyir və nələri asanlaşdırır?
Randevularınızı sürətli şəkildə idarə edərək zamanınıza qənaət edə bilərsiniz.
Pasientlərin zənglə və ya mesajla aldığı randevuları proqrama qeyd etməklə, hər randevu saatına və detalına istənilən zaman asanlıqla nəzər yetirməyinizə kömək edərək zamandan qənaət edir. Randevuları bir yerdən idarə edərək toqquşmaların və planlarınızın axsamasınının qarşısını alır. İstər tək, istərsə də assistentlə çalışın bir yerdən randevuların idarə edilməsi işinizi asanlaşdırır. Tətbiq sayəsində mövcud randevuların vaxtını dəyişdirə və silə bilərsiniz. DoktorRandevu ilə tətbiqə sahib olaraq, həm mobil, həm tablet, həm də noutbuklar üçün istifadə edə bilərsiniz.
Randevu vaxtlarını pasientlərin yadına salaraq unutmalarının qarşısını almalı, randevuların itməsinə son qoymalıdır.
Randevular pasientlər tərəfindən cari gün ərzində alındığı kimi öncəki günlər də alına bilər. Pasientlərin qəbul vaxtını unutması səbəbindən randevuya gəlməməsi vaxt itkisidir. Online təqvimə qeyd edilmiş pasientə sistem tərəfindən randevudan öncə sms xatırlatma göndərir.
DoktorRandevu sizin assistentiniz kimi hərəkət edərək pasientlər ilə gerçəkləşən randevulardan öncə avtomatik sms xatırlatma göndərir.
Randevu almaq istəyən pasientlərə randevuları 7/24 alınmasına şərait yaratmalıdır.
Online randevu təqvimi sizin müəyyən günlər və o günlərdəki uyğun saatlarınızı müəyyən etdiyiniz bir sistem olmalıdır. Beləliklə, saat fərqi olmadan sizdən randevu almaq istəyən pasientləriniz ən uyğun saatı müəyyən edə və randevu götürə bilərlər. Əlbəttə ki, siz randevu linkinizi verdiyi halda pasientlər randevu götürə bilərlər. Onlar randevu götürdükdən sonra sizin online təqviminizdə məlumatlar əksini tapacaqdır. DoktorRandevu əldə etdikdən sonra yuxarıda göstərilən bütün xidmətlər üzrə həm təlimat həm də ilboyu dəstək xətti sizə göstərilir.
Comentários