Pasiyentlərin ehtiyaclarını 7/24 qarşılayın.
Onlayn rezervasiyanın artıq bir yenilik deyil, zərurət olduğu bu dövrdə pasiyentlərin 79%-i onlayn görüş təyin etmək imkanına malikdir. 7/24 onlayn rezervasiyanı aktivləşdirərək pasiyentlərə, onların uyğunluqlarına əsasən rezervasiya etməklərinə imkan yaradın. Nəzərə alın ki, DoktorRandevu vasitəsilə yaradılan görüşlərin 56%-i iş saatları xaricində yaradılıb. Xəttinizin 7/24 açıq olması pasiyentlər tərəfindən randevu sifarişlərinin daha çox yüksəlməsinə səbəb olacaqdır.


Pasiyentlərin randevuya gəlməmə ehtimalını azaldın.
Əksər pasiyentlər unutduqları üçün təyin olunan randevulara gələ bilmirlər və ya randevu vaxtını dəyişə bilmədikləri üçün sizinlə əlaqə saxlaya bilmirlər. Randevular haqqında əvvəlcədən göndərilən avtomatlaşdırılmış xatırlatmalar bu baxımdan təsirli olur. Pasiyentlər bir kliklə görüşü təsdiq edə, ləğv edə və ya yenidən planlaşdıra bilərlər. Beləliklə, pasiyentlər randevularını qaçırmamış olurlar, və siz qəbula gəlməyən və gecikən pasiyentlərin sayını azaldırsınız.

Məsafə problemi olmadan pasiyentlərinizlə daima ünsiyyətdə olun.
Onlayn təqviminizdə onlayn məsləhət xidmətini aktivləşdirərək və pasiyentlərinizə yeni imkanlar təqdim edə bilərsiz. Hər ikiniz istənilən vaxt, istənilən yerdə uzaqdan randevulara qoşula bilərsiniz. Bu, randevu sayının artmasını təmin edir, iş yerinizə yaxın olmayan və yaxud çox məşğul olan pasiyentlər üçün olduqca sərfəlidir.